Artıq istənilən ünvanı rahat tapa biləcəksiz

Artıq istənilən ünvanı rahat tapa biləcəksiz
  28 Dekabr 2013    Oxunub:790
Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) ünvan reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2013-cü il 1 noyabr tarixli Fərmanının icrası məqsədilə digәr dövlәt orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasına həsr olunmuş müzakirələr keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ƏMDK-dan bildiriblər ki, tədbirdə 10-dan çox dövlət qurumunun nümayəndələri iştirak ediblər.

Bildiriib ki, tədbirin başlıca məqsədi Ünvan Reyestri İnformasiya Sistemi ilə digər dövlət orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasının müəyyənləşdirilməsi və qarşılıqlı informasiya mübadiləsinin həyata keçirilməsidir.

Diqqətə çatdırılıb ki, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, yeni yanaşmalar əsasında ünvan reyestrinin tərtibi və aparılması ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşlarımızın sosial–məişət şəraitinin və rifah halının yaxşılaşdırılması tədbirlərindəndir.

Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron hökumət”in tələblərini yerinə yetirəcəkdir. Bu məqsədlə ölkəmizdə mövcud olan ünvan sistemi təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə giriş konsepsiyası əsasında Ünvan Reyestri İnformasiya Sistemi hazırlanmışdır.
Avropanın Milli Məkan Məlumatları İnfrastrukturu ilə bağlı qəbul olunmuş direktivlərin tələblərini ödəyən Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir. Daşınmaz əmlakın malik olduğu ünvan məlumatları ilə yanaşı, onun coğrafi məlumatlarını da özündə saxlayan Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında ünvan məlumatlarının yeganə rəsmi mənbəyidir.

Tədbirdə aidiyyəti dövlət orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanan məlumatlardan səmərəli və praktiki istifadənin təşkil edilməsi, onların informasiya təminatı, sorğu və təhlil işlərinin avtomatlaşdırılması prosesinin və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilib.

Bildirildi ki, yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq, ünvanların axtarış sistemini sadələşdiriləcəkdir. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri qaydaya salınacaqdır. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda, təcili tibbi yardım, poçt xidməti, fövqəladə hallar və sair xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Həmçinin əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.


Teqlər:





Xəbər lenti