“Azərsu” rəhbərliyinin qəbul günləri dəyişdirildi

“Azərsu” rəhbərliyinin qəbul günləri dəyişdirildi
  13 Mart 2020    Oxunub:2214
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin bu ay üçün nəzərdə tutulan qəbul günlərinin tarixi dəyişdirilib
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, dəyişikliyə əsasən, “Azərsu” sədri Qorxmaz Hüseynov Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini martın 31-də qəbul edəcək.

ASC sədrinin birinci müavini Teyyub Cabbarovun Beyləqan və Xocavənd, sədr müavini Etibar Məmmədovun İmişli rayonunun sakinləri ilə görüşləri martın 30-da keçiriləcək.

Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “[email protected]” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: Azərsu  





Xəbər lenti