Siyavuş Novruzov: “Yalandan ajiotaj yaradırlar”

    Siyavuş Novruzov:    “Yalandan ajiotaj yaradırlar”
  13 Mart 2020    Oxunub:3572
“Yalandan ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi ilə bağlı dövlət lazımi tədbirlər görür”.

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, əsasən xaricdə oturanlar bu məsələni şişirdirlər: “Onlar cəmiyyəti başqa istiqamətə yönəltməyə çalışırlar. Osmanqızının verilişinə baxırdım. Az qalırdılar ki, neftin qiymətinin düşməsinə görə oynasınlar. Neftin qiyməti düşübsə, bizim hər bir vətəndaşımız əziyyət çəkir. Əgər sən vətəndaşı düşünürsənsə, niyə sevinirsən?! Qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. Deməli, onlar vətəndaşların yaxşı yaşamasının əleyhinə olan adamlardır. Mən o verilişə hər gün baxıram. Hər gün o verilişdə eyni şeylər təkrarlanır. 3-5 adamın verdiyi şərhlərə insanlarımız uymasın. Dövlət və dövlət başçısı insanlarımızın problemlərini həll edəcək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti