Beyləqanda ərlə arvad faciəvi şəkildə öldü

Beyləqanda ərlə arvad faciəvi şəkildə öldü
  13 Mart 2020    Oxunub:1702
Martın 12-də saat 14 radələrində Beyləqan rayonunun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini Qafar Seyidəliyev idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Q.Seyidəliyev və sərnişinlərindən arvadı Güləndam xəstəxanaya aparılarkən yolda ölüb, avtomobildə olan 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti