İnam Kərimovun qəbul vaxtı dəyişdirildi

  13 Mart 2020    Oxunub : 862
İnam Kərimovun qəbul vaxtı dəyişdirildi
Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilməsi qərarına uyğun olaraq, Kənd Təsərrüfatı naziri İnam Kərimovun martın 27-də Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazir İnam Kərimov martın 31-də, saat 11:00-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsuİsmayıllıdan olan vətəndaşları qəbul edəcək.

Həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində GöyçayAğdaş rayonlarından, nazir müavini Elçin Zeynalov Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində QobustanŞamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-356-90-90), Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) və Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-81-45) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Azvision.az

Teqlər: Nazir   Görüş