Milyarderlər bir gündə 78 milyard dollar itirdilər

   Milyarderlər bir gündə 78 milyard dollar itirdilər
  13 Mart 2020    Oxunub:2852
Qlobal birjalardakı güclü enişdən sonra dünya milyarderləri bir gündə böyük sərvət itiriblər.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. Belə ki, dünyanın ən varlı 20 şəxsi 1 gündə ümumilikdə 78 milyard dollar itirib.

Ən varlılar siyahısında birinci yerdə olan Ceff Bezosun sərvəti 8 milyard dollar azalıb və 104,4 milyard dollar olub. LVMH (“Louis Vuitton Moet Hennessy”) fransız şirkətləri qrupunun baş direktoru Bernar Arno da böyük itkilərə məruz qalıb. Onun sərvəti təxminən 5,7 milyard dollar azalıb.

"Oracle" şirkətinin sahibi Larri Ellison 5,6 milyard dollar, "Facebook"un qurucusu Mark Zukeberq isə 5,7 milyard dollar itirib.

Azvision.az


Teqlər: Varlı   milayrd  





Xəbər lenti