Prezident 10,92 milyon manatlıq sərəncam imzaladı

Prezident 10,92 milyon manatlıq sərəncam imzaladı
  13 Mart 2020    Oxunub:4406
Prezident İlham Əliyev martın 13-də “Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti