Bakıda taksilər gündəlik dezinfeksiya olunur

Bakıda taksilər gündəlik dezinfeksiya olunur
  13 Mart 2020    Oxunub:1356
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qurumun tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda fəaliyyət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Zəruri profilaktik işlər mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Xidmətə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur. Səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

Virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə sürücülər antiseptik məhlullar və lazımi profilaktik vasitələrlə təmin olunublar.

Azvision.az


Teqlər: Taksi  





Xəbər lenti