Türkiyədə məktəb və universitetlər bağlanır

  Türkiyədə məktəb və universitetlər bağlanır
  13 Mart 2020    Oxunub:3104
Türkiyədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məktəblər müvəqqəti bağlanacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın açıqlama verib.

Onun sözlərinə görə, martın 16-dən etibarən məktəblərdə bir həftə dərs olmayacaq. Universitetlərdə isə tətilin müddəti 3 həftə nəzərdə tutulub.

Azvision.az


Teqlər: Türkiyə   Məktəb   Universitet  





Xəbər lenti