Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı

Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı
  12 Mart 2020    Oxunub:1405
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Lada-219020 Granta" markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında yoxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qaz balonunun içərisində gömrük nəzarətindən gizlədilən 97 ədəd şüşə flakon və 1400 həb müxtəlif adda dərman preparatları, həmçinin 32 ədəd müxtəlif markalı qadın geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti