İranla sərhədin bağlanması müddəti uzadıldı

   İranla sərhədin bağlanması müddəti uzadıldı
  12 Mart 2020    Oxunub:1877
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   İran  





Xəbər lenti