İntihar edən qadının əri tutuldu - RƏSMİ
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun bədənində aşkar edilmiş xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlməyə xarakterikdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az