26 nəfər İtaliyadan Bakıya gətirilib
“Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanan çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”,- deyə məlumatda vurğulanıb.
Eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.
Azvision.az