Əli Əhmədov Dövlət Komissiyasının sədri təyin edildi

   Əli Əhmədov Dövlət Komissiyasının sədri təyin edildi
  11 Mart 2020    Oxunub:14382
Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyası ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına yeni sədr təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Baş Nazirin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib.

Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti