Şahin Mustafayev komissiya sədri təyin edildi

Şahin Mustafayev komissiya sədri təyin edildi
  11 Mart 2020    Oxunub:2807
Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib.

Azvision.az


Teqlər: Sərəncam  





Xəbər lenti