Bakının Baş planının hazırlanması müzakirə edildi

Bakının Baş planının hazırlanması müzakirə edildi
  11 Mart 2020    Oxunub:2381
Azərbaycan Memarlar İttifaqının bir qrup rəhbər və fəal üzvlərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə görüşündə Bakı şəhərinin Baş planının hazırlanması müzakirə olunub.
Azvision.az Memarlar İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş layihəçi olan Almaniyanın “AS+P şirkətinin nümayəndələri işin gedişatı haqqında geniş məlumat veriblər. Müzakirələrdə bir çox suallar və təkliflər səsləndirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə görüşün səmərəli və işgüzar şəraitdə keçdiyini qeyd edərək bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Azvision.az


Teqlər: Komitə   Baş-Plan  





Xəbər lenti