Zaqatalada dağlıq ərazidə yanğın başlayıb

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb
  11 Mart 2020    Oxunub:1906
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin rayon icra hakimiyyətinin yerli qüvvələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti