Paytaxtda qadına qarşı soyğunçuluq edildi

Paytaxtda qadına qarşı soyğunçuluq edildi
  11 Mart 2020    Oxunub:2787
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Babayevanın içərisində 630 manat pulu, mobil telefonu, şəxsiyyət vəsiqəsi və təqaüd kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunan E.Qədirov və Xocalı rayon sakini T.Paşayev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti