Zaxarova jurnalistlərsiz brifinq keçirəcək

Zaxarova jurnalistlərsiz brifinq keçirəcək
  11 Mart 2020    Oxunub:2029
Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ənənəvi brifinqi jurnalistlərin iştirakı olmadan keçiriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, martın 12-nə nəzərdə tutulmuş brifinq tele-konfrans formatında baş tutacaq.

Bu addım koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində atılır. Zaxarova çağrı mərkəzinə göndəriləcək sualları cavablandıracaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   XİN   Zaxarova   Brifinq  





Xəbər lenti