Axtarışda olan 55 nəfər saxlanıldı

Axtarışda olan 55 nəfər saxlanıldı
  11 Mart 2020    Oxunub:2233
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələrlə bağlı statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, martın 10-da törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Kriminal  





Xəbər lenti