Metroda cibgirlik edən kişi tutuldu

Metroda cibgirlik edən kişi tutuldu
  11 Mart 2020    Oxunub:1519
Bakı şəhər BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metro stansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti