Qanunsuz ov tüfəngləri götürülüb

Qanunsuz ov tüfəngləri götürülüb
  11 Mart 2020    Oxunub:3367
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə İsmayıllı şəhər sakini Fərhad Səmədovdan “İJ-16” və rayonun Qurbanəfəndi kənd sakini Vüqar Səmədovdan “TOZ-63” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti