Bayden ilkin seçkilərdə qalib gəldi

Bayden ilkin seçkilərdə qalib gəldi
  11 Mart 2020    Oxunub:2291
ABŞ-ın keçmiş vitse-prezidenti, demokrat namizəd Cozef Bayden ilkin seçkilərdə Miçiqan, Missuri və Missisipi ştatlarında qalib gəlib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, onun əsas rəqibi senator Berni Sanders Vaşinqton və Şimali Dakota ştatlarında liderdir.

İlkin seçkilər göstərir ki, Bayden onu dəstəkləyənlərin sayına görə lider olaraq qalır. Baydenin ümumi səsi 670, Sandersin isə 574-dür.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Bayden   Seçki  





Xəbər lenti