Bakıda itkin düşən 7 nəfər tapılıb

   Bakıda itkin düşən 7 nəfər tapılıb
  11 Mart 2020    Oxunub:2009
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
BŞBPİ-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da 24 cinayətin üstü açılıb.

Onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti