55 min şəxsə elektron qaydada pensiya təyin olunub

55 min şəxsə elektron qaydada pensiya təyin olunub
  11 Mart 2020    Oxunub:1592
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə yaradılmış elektron təyinat sistemləri vasitəsilə 55 500 şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 18 700-ü yaşa və əlilliyə görə pensiya, qalanları müavinət və təqaüd təyinatlarıdır.

Sosial təminat növləri üzrə təyinatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının hansısa quruma müraciət etmədən və sənəd təqdim olunmadan, elektron şəkildə reallaşdırılmasına imkan verib.

Ümumilikdə 2019-cu ildə 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb, bu isə illik 200 minədək təyinatın e-qaydada, proaktiv şəkildə həyata keçirilməsi deməkdir.


Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti