3 mindən çox məhkuma elektron qolbaq tətbiq olunub

   3 mindən çox məhkuma elektron qolbaq tətbiq olunub
  11 Mart 2020    Oxunub:1930
Azərbaycan Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların icrası çərçivəsində görülən tədbirlər real bəhrəsini verib. Cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6 min 400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb.
Azvision.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

İclasda bildirilib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilib, elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, üç mindən çox məhkuma elektron qolbaqlar tətbiq edilib.

Azvision.az


Teqlər: Məhkum  





Xəbər lenti