Tramp Putinin dəvətindən imtina etdi

Tramp Putinin dəvətindən imtina etdi
  10 Mart 2020    Oxunub:2040
ABŞ Prezidenti Donald Tramp bu il mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml artıq Trampın Moskvaya gəlməyəcəyi ilə bağlı məlumat alıb.

“ABŞ-ın Qələbə tədbirlərində hansı səviyyədə təmsil olunacağı barədə hələlik dəqiq informasiyaya malik deyilik. Lakin, diplomatik kanallar vasitəsi ilə prezidentin gəlməyəcəyi barədə məlumat aldıq”, - deyə Peskov əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət etmişdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tramp   Putin  





Xəbər lenti