Keçmiş məhkumdan “Makarov” götürüldü

Keçmiş məhkumdan “Makarov” götürüldü
  10 Mart 2020    Oxunub:1737
Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd paron darağı və 7 ədəd patron götürülüb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti