Sahibə Qafarova Milli Məclisin sədri seçildi

 Sahibə Qafarova Milli Məclisin sədri seçildi
  10 Mart 2020    Oxunub:7593
VI çağırış Milli Məclisin ilk iclası davam edir.
Azvision.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis sədrinin seçilməsi məsələsi müzakirə olunub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə keçirilib. 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin yeni sədri seçilib.

Azvision.az


Teqlər: Milli-Məclis   Sahibə-Qafarova  





Xəbər lenti