Koronavirusa yoluxan 64 mindən çox insan sağalıb - YENİ STATİSTİKA

Koronavirusa yoluxan 64 mindən çox insan sağalıb -  YENİ STATİSTİKA
  10 Mart 2020    Oxunub:4305
Bu günədək dünya ölkələri üzrə 114 min 458 nəfər yeni növ koronavirusa yoluxub, 4027 nəfər isə bu virusdan ölüb.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 64 min 100 xəstə sağalıb. Yerdə qalan 46331 nəfərdən 40560-nın vəziyyəti qənaətbəxş hesab olunur. 5771 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Bu günə kimi koronavirusa dünyanın 115 ölkəsində rast gəlib. Virusa ən çox yoxulma halı Çində (80757 nəfər) qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3136 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı cəmi 22 nəfər olub, 17 nəfər ölüb.

Koronavirusun yayılmasına görə ikinci sırada İtaliyadır. Bu ölkədə 9172 nəfər xəstə qeydə alınıb. Onlardan 463 nəfəri dünyasını dəyişib.

Üçüncü sırada yer alan Cənubi Koreyada 7513 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 54 nəfəri ölüb. Son 12 saat ərzində 35 nəfər yeni virusa yoluxub, 1 nəfər ölüb.

Dördüncü yerdə qərarlaşan İranda isə 7161 virusa yoluxma halı təsdiqlənib. 237 nəfər dünyasını dəyişib.

Ümumilikdə isə son 12 saat ərzində dünya üzrə cəmi 96 virusa yoluxma halı qeydə alınıb, 19 nəfər dünyasını dəyişib. Hazırki rəqəmlər əvvəlki günlərlə müqayisədə koronavirusun dünya üzrə yayılması və ölüm hallarının azaldığını göstərir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Xəstəlik   Virus  





Xəbər lenti