Ombudsmanın və hakimlərin maaşı artırıldı

Ombudsmanın və hakimlərin maaşı artırıldı
  27 Dekabr 2013    Oxunub:1227
Milli Məclisin bu gün keçirilən iclasında ombudsman və məhkəmə sədrlərinin, hakimlərinin maaşlarının artırılması müzakirə olunub. Spiker Oqtay Əsədov bildirib ki, "Konstitusiya Məhkəməsi haqqında", “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanun layihələri prezident tərəfindən Milli Məclisə təqdim olunub.

Qanun layihələri haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırda Azərbaycanda büdcədən maliyyələşən dövlət orqanlarının əmək haqının artırılması ilə bağlı tədbirlər görülür.

O, qeyd edib ki, onlardan bir hissəsi prezidentin əmri ilə, digər hissəsi ilə qanuna dəyişiliklə həyata keçirilir. Daha sonra Ə.Hüseynli bildirib ki, “Ombudsman haqqında qanun”a dəyişiklikdə göstərilir ki, ombudsmanın əmək haqqısı 1700 manatdan 2025 manata artırılacaq. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (KM) sədrinin, sədrin müavininin və KM hakimlərinin maaşları 1785 manatdan 2120 manata qaldırılacaq. Ali Məhkəməinin maaşı da 1785 manatdan 2070 manat artırılır. Dəyişiklik 1 dekabr 2013-cü ildən tətbiq ediləcək.

Qanun layihələri səs verməyə qoyularaq, qəbul edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti