DİN Saatlıdakı qətllə bağlı məlumat yayıb

DİN Saatlıdakı qətllə bağlı məlumat yayıb
  09 Mart 2020    Oxunub:1481
Daxili İşlər Nazirliyi martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Saatlı   Qətl  





Xəbər lenti