Akkumlyator oğurlayan qardaşlar saxlanıldı
Araşdırmalarla onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub.
Bundan başqa, onların Cəlilabad və Salyan rayonlarında daha 3 yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumlyator oğurladıqları da müəyyən edilib.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumlyatorları götürərək paytaxt ərazisində satıblar. Hazırda onların digər bu kimi oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.
Azvision.az