Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib

   Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
  08 Mart 2020    Oxunub:2889
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun!"

Azvision.az



Teqlər: Birincivitse-prezident   MehribanƏliyeva  





Xəbər lenti