Çində otel çöküb, 70 nəfər dağıntılar altında qalıb

Çində otel çöküb, 70 nəfər dağıntılar altında qalıb
  08 Mart 2020    Oxunub:3273
Çinin Fucien vilayətində otel binası çöküb. Dağıntılar altında 70 nəfər qalıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə istifadəyə verilmiş oteldə 80 otaq olub.

Bina çökdükdən sonra hadisə yerinə gələn mülki müdafiə qüvvələri 40 nəfəri xilas ediblər. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: Çin   Otel   Bina  





Xəbər lenti