Oğuzda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

Oğuzda meşə zolağında yanğın söndürülüb -  YENİLƏNİB
  07 Mart 2020    Oxunub:5389
Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb.
Azvision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

***
Oğuzda meşə zolağında baş verən yanğın söndürülüb.

Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Oğuz   Meşə   Yanğın  





Xəbər lenti