Sürüşməyə görə nazirlik işçiləri Lerikə ezam olundu

Sürüşməyə görə nazirlik işçiləri Lerikə ezam olundu
  07 Mart 2020    Oxunub:2881
Lerik rayonunda baş vermiş torpaq sürüşməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gediblər.
Bu barədə Azvision.az -a ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri monitorinq və araşdırma aparmaq üçün Lerik rayonunun Çayrud kəndinə ezam olunublar.

Qeyd edək ki, bu gün səhər saatlarında Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus həyətyanı ev dağılaraq yararsız vəziyyətə düşüb. Ev sahibi A.Əlirzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı ailənin daha iki üzvü isə yaralanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti