Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
"Pensiyaların ödənişinə artıq başlanılıb və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar vətəndaşların hesablarına köçürülüb. Növbəti iş günlərində bu proses digər bölgələr üzrə davam edəcək və martın 19-dək bütün növ pensiyaların ölkə üzrə ödənişi başa çatacaq. Həmçinin müavinət və təqaüdlərin də yaxın günlərdə qrafikdən əvvəl ödənişinə başlanması və həmin ödənişlərin də Novruz bayramına qədər həyata keçirilməsi nəzərdə tutulub".
Azvision.az