Daha bir marşrutun hərəkəti dəyişdirildi

Daha bir marşrutun hərəkəti dəyişdirildi
  07 Mart 2020    Oxunub:1798
Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti