Prezident Naxçıvanın Qızıl Aypara Komitəsinin sədrini təltif edib

Prezident Naxçıvanın Qızıl Aypara Komitəsinin sədrini təltif edib
  07 Mart 2020    Oxunub:2029
Prezident İlham Əliyev martın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin əməkdaşıda var.

Prezidentin sərəncamı ilə Vəliyev Yaşar Vəli oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Yaşar Vəliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə təltif edilib.

Azvision.az


Teqlər: Prezident   Sərəncam  





Xəbər lenti