9 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir

9 marşrut xəttinin hərəkət sxemi dəyişdirilir
  06 Mart 2020    Oxunub:1619
Nəsimi rayonu, “28 May” küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə avtomobillərin hərəkətinin məhdudlaşdırıldığndan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a bildirilib ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyev və Puşkin küçələri ilə təşkil ediləcək.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulur.

Azvision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti