Taksilər dezinfeksiya olunur

Taksilər dezinfeksiya olunur
  06 Mart 2020    Oxunub:2321
Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a bildirilib ki, bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı, taksi minik avtomobilləri də dezinfeksiya olunur.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb. Diqqətə çatdırılıb ki, koronavirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksilərdə də dezinfeksiya zəruridir.

Növbəti dezinfeksiya tədbiri “Salam Taksi” şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salonu, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

Azvision.az


Teqlər:





Xəbər lenti