Bakıda 8 nəfərlik iranlı ailə karantinə alındı

Bakıda 8 nəfərlik iranlı ailə karantinə alındı
  06 Mart 2020    Oxunub:5333
Martın 4-də Bakıda məskunlaşan İran İslam Respublikasından olan ailənin azyaşlı üzvlərindən birində yüksək hərarət olduğundan təcili tibbi yardıma müraciət edilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, ailə başçısı koronavirus xəstəliyinin geniş yayıldığı İran İslam Respublikasından fevralın 27-də Azərbaycan ərazisinə gəlib. Bu səbəbdən profilaktik məqsədlə və zəruri ilkin testlərin edilməsi üçün ailənin bütün üzvlərinin ilkin müayinələrdən keçməsinə qərar verilib.
Bu barədə Azvision.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təcili tibbi yardım maşını ilə ailənin digər üzvlərinin (6-sı uşaq olmaqla 8 İran vətəndaşı) də xəstəxanaya aparılması məqsədəuyğun hesab olunub. Bu zaman onlar həkim briqadasına müqavimət göstərdikləri üçün hadisə yerinə polis əməkdaşları çağırılıb.

Hazırda müəyyən olunmuş karantin müddətinə uyğun olaraq, bütün ailə üzvləri xəstəxanada müşahidə altında saxlanılırlar.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti