Pakistanın məşhur simaları Bakıya gəlir

Pakistanın məşhur simaları Bakıya gəlir
  06 Mart 2020    Oxunub:2679
Aprelin 10-12-də Bakıda keçiriləcək Pakistan Beynəlxalq Moda Həftəsi ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafında böyük rol oynayacaq. Belə ki, Pakistanın tanınmış biznesmenləri Moda Həftəsi çərçivəsində Bakıya səfər edəcəklər. Onlar Azərbaycan ilə bu sahədə ticarət etməkdə maraqlıdırlar.
Bunu Azvision.az -a açıqlamasında “Pakistan Beynəlxalaq Moda Həftəsi 2020”nin təşkilatçısı İman Gülşən deyib.

Dünyanın bir çox ölkəsindən 45-dən çox tanınmış moda dizaynerlərininin Moda Həftəsi üçün Bakıya gələcəyini bildirən təşkilatçı, həmçinin Pakistanın tanınmış aktrisa və ulduzu Sara Lorenin də bu mötəbər tədbirdə çıxış edəcəyini söyləyib.

Azərbaycanın gözəl və zəngin ölkə olduğunu deyən İman Gülşən insanlarımızın çox mehriban və qonaqpərvər olduğunu vurğulayıb:

“Burada möhtəşəm pozitiv enerji hiss edirəm. Azərbaycan və Pakistan arasında uzun illərə söykənən dostluq və qardaslıq əlaqələri var. Pakistanın ölkənizdəki səfirliyi də mənə dəstək göstərir. Komandamız Moda Həftəsinin yüksək səviyyədə keçirilməsi üçün böyük əzmlə çalışır”.

Moda Həftəsi çərçivəsində, həmçinin sərgi keçiriləcəyini qeyd edən təşkilatçı Pakistanın tanınmış brendlərinin bu sərgiyə qatlıacağını vurğulayıb.

Azərbaycan xanımlarının məxsusi zövqlü olduğunu diqqətə çatdıran İman Gülşən pakistanlı xanımların Bakıda alış-veriş etməyə böyk maraq göstərdiklərini deyib: “Onu da qeyd edim ki, Azərbaycanın iqtisadi bazarının böyük potensialı var və xanımlarınız belə moda həftələrinə böyük rəğbət bəsləyir və həvəslə iştirak edirlər”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Moda-Həftəsi  





Xəbər lenti