Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslər and içdilər - FOTOLAR
Bildirib ki, müasir müstəqil Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq qürurvericidir. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə uğurla nail olub.
V.Hüseynov deyib ki, hər il çoxsaylı şəxs Azərbaycan vətəndaşlığını əldə etmək üçün müraciət edir. Bunun da əsas səbəbi təbii ki, ölkəmizin sürətli inkişafı, artan iqtisadi qüdrətidir.
Sonra vətəndaşlığa qəbul və bərpa edilmiş 343 nəfər təntənəli şəkildə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda xatirə şəkli çəkilib.
Azvision.az
Teqlər: Miqrasiya Vətəndaşlıq