Yeni icra başçısı kollektivə təqdim olundu

  06 Mart 2020    Oxunub : 7603
 Yeni icra başçısı kollektivə təqdim olundu
İsmayıllı Rayon İcra Hakimiyyətinin yeni başçısı Nahid Bağırov kollektivə təqdim olunub.
Azvision.az xəbər verir ki, N.Bağırovu kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Mirdaməd Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Nahid Rza oğlu Bağırov təyin olunub.

N.Bağırov bu təyinatadək Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: İcra   Başçı   İsmayıllı