İdlibdə döyüşlər dayandı

İdlibdə döyüşlər dayandı
  06 Mart 2020    Oxunub:2397
Suriyanın İdlib bölgəsində, Sarakep şəhərində vəziyyət sakitləşib, tərəflər gecə saatlarından başlayan atəşkəs rejiminə əməl edirlər.
Azvision.az xəbər verir ki, bu barədə “RİA-Novosti”i məlumat yayıb.

"Cəbhədə vəziyyət sakitdir. Gecə döyüşlər olmayıb. Suriya ordusu atəşkəs rejiminə tam riayət edir", - deyə hərbi mənbə bildirib.

Terrorçular Rusiya-Türkiyə razılaşmasının qüvvəyə minməsindən bir saat əvvəl ərazini şiddətli şəkildə atəşə tutublar. Nəticədə azı beş avtomobil məhv edilib. Bundan başqa, terrorçular strateji əhəmiyyətli magistral yolunu kəsib, şəhərə doğru irəliləməyə çalışıblar. Lakin onların hücumu dəf edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Türkiyə  





Xəbər lenti