Ərdoğan və Putin İdlib barədə razılığa gəldi - DETALLAR

 Ərdoğan və Putin İdlib barədə razılığa gəldi -  DETALLAR
  06 Mart 2020    Oxunub:4215
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Moskvada keçirilən görüşdə İdlib probleminə dair razılıq əldə olunub.​

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN başçısı Sergey Lavrov birgə açıqlama verib.
Razılığa əsasən, İdlibdə təmas xətti boyunca hərbi əməliyyatlar 6 mart 2020-ci il tarixindən etibarən dayandırılacaq.

Bundan əlavə, M4 avtomobil yolunun şimalında 6 kilometr və cənubunda 6 kilometr təhlükəsizlik kooridoru təsis olunacaq. Bu koridorun yaradılması yolları Türkiyə və Rusiya Müdafiə nazirlikləri tərəfindən 7 gün ərzində müəyyənləşdiriləcək.

Həmçinin Türkiyə-Rusiya ortaq qarovul birlikləri 15 mart 2020-ci il tarixində M4 avtomobil yolunun​ Trumbadan (Serakibin 2 kilometr qərbi) Ain-Əl-Havra qədərki ərazi boyunca xidmətə başlayacaq.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər. Türkiyə Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb.

Qeyd edək ki, bu gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş 6 saatdan çox davam edib.

Azvision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti