Ərdoğan və Putindən İdlib mesajı: “Vəziyyət çox gərgindir”

  05 Mart 2020    Oxunub : 1443
Ərdoğan və Putindən İdlib mesajı: “Vəziyyət çox gərgindir”
Suriyanın İdlib bölgəsində vəziyyət o dərəcədə kəskinləşib ki, məsələ Rusiya və Türkiyə liderləri arasında birbaşa danışıqların aparılmasını tələb edir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə Rusiya Prezidenti Vladimir Putin deyib.

"Həmişə olduğu kimi, danışacağımız məsələlər var, amma indi İdlibdəki məşhur zonada vəziyyət o qədər kəskinləşib ki, bu, əlbəttə birbaşa şəxsi söhbətimizi tələb edir", - deyə Putin bildirib.

Türkiyə Prezidenti Rəcəb Ərdoğan isə danışıqların nəticəsinin İdlibdəki vəziyyəti yüngülləşdirəcəyinə inandığını hesab edir: "Şübhəsiz ki, İdlib danışıqları ilə əlaqədar bugünkü görüşümüzün əhəmiyyəti böyükdür. Həqiqətən, İdlibdə vəziyyət çox gərgindir. Bütün dünya bu gün gözlərini Moskvaya dikib. İnanıram ki, bu gün atılacaq addımlar və qərarlarımız vəziyyəti yüngülləşdirəcək”.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. Səfərin əsas məqsədi İdlibdəki gərginlik fonunda Suriya böhranının müzakirə edilməsidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Rusiya   Ərdoğan   Putin