Quyuda 1 kq heroin gizlətdi, polis tapdı

Quyuda 1 kq heroin gizlətdi, polis tapdı
  05 Mart 2020    Oxunub:1960
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8800 ABŞ dolları götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti